Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədri Denis Zvizdiç NATO-dan ölkənin şimal-şərqindəki Brcko bölgəsinə qoşun yeritməyi xahiş edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Denis Zvizdiç sosial media hesabından verdiyi açıqlamada bildirib. 

O, NATO-nun 11-12 iyul tarixlərində Vilnüsdə keçiriləcək sammitində Qərbi Balkanların da müzakirə ediləcəyini də qeyd edib.

1992-1995-ci illərdə Bosniya və Herseqovinada müharibəyə son qoyan Dayton Sülh Müqaviləsi əsasında NATO-dan Brcko bölgəsinə qoşun yerləşdirməsini tələb edən Zvizdiç deyib: "Bu addımla Bosniya və Herseqovinanın iki varlığından biri Serb Respublikası (RS)-nin ayrılması layihəsinin qarşısı alınacaq".

Zvizdiç RS Milli Assambleyasında (NSRS) alınan son qərarları "ayrılıq hərəkatı" olaraq qiymətləndirib: "NATO-nun atacağı addımla Bosniya və Herseqovinadakı ən böyük təhlükələrdən biri müvəffəqiyyətlə aradan qaldırılacaq".