Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

Bu barədə Türkiyənin Sahil Mühafizəsi Xidməti məlumat yayıb.

“Yerli vaxtla saat 04:35-dən ( Bakı vaxtı ilə 05:35) qatı duman səbəbindən boğazda hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb. Hava şəraiti yaxşılaşdıqdan sonra hərəkət bərpa olunacaq", - məlumatda deyilir.

Duman Sabiha Gökçen hava limanının işində fasilələrə səbəb olub.