Dortmund "Borussiya"sı futbolçusu Emre Canla müqaviləni uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türk əsilli alman yarımmüdafiəçinin sözləşməsi 2026-cı ilin yayına qədər artırılıb.

29 yaşlı futbolçu 2020-ci ilin yayından "Borussiya"da çıxış edir. O, 121 oyunda 12 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.