Bu gün Almaniya Bundesliqasında XXIII tura start verilib.

Futbol.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. 2023-cü ildə məğlubiyyətin nə olduğunu bilməyən "Borussiya" bu turu da qələbə ilə başa vurub. Dortmund təmsilçisi evdə "Leypsiq"i məğlub edərək müvəqqəti liderliyə yüksəlib.