İngiltərə Premyer Liqasının təmsilçisi "Börnli" İsveçrə millisinin üzvünü transfer edib.

İqtisadiyyat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingilislər "Bazel"in forvardı Zeki Amdunini heyətinə qatıb.

22 yaşlı yeni klubu ilə beş illik müqavilə imzalayıb.

"Börnli" transfer üçün qarşı tərəfə 18,6 milyon avro ödəyib. Amduni ötən mövsüm “Bazel”in heyətində 52 oyuna çıxıb, 22 qol vurub və 5 məhsuldar ötürmə verib.