Leonardo Bonuççi “Yuventus”u məhkəməyə verəcək. O, bu addımı peşəkar və şəxsi imicinə ziyan vuran təlim və hazırlıq şəraitinin qurbanı olması iddiası ilə atacaq.

İqtisadiyyat.az xəbər verir ki, İtaliya millisinin təcrübəli mərkəz müdafiəçisi bir illik müqavləsi qalmasına baxmayaraq turinlilərdən ayrılmışdı. Klub onun əsas komandanın hazırlığından kənarlaşdırmış, futbolçu isə anlaşmaya qarşılıqlı razılıqla xitam vermək məcburiyyətində qalmışdı.

Az qala bütün karyerasını “Yuventus”a həsr edən müdafiəçi bu səbəbdən klubdan inciyib. Ötən ay “Union Berlin”lə müqavilə bağlayan oyunçu Turin klubunun indiki rəhbərliyindən əsəbinin belə çıxmaq istəyir.

Məhkəmədən əldə edilən cəriməni Bonuççi özünə götürməyəcək. O, bütün pulu xəstə uşaqlara yardım edən “Neuroland” xeyriyyə təşkilatına bağışlayacaq