Bolqarıstan parlamenti ölkənin pul sisteminin avroya keçidinin ən azı 2043-cü ilə qədər təxirə salınması üçün referendumun keçirilməsi təklifini rədd edib.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, Rusiya meyilli Vizrajdane Partiyasının ölkənin avroya keçidinin təxirə salınması ilə bağlı referendum təklifi parlamentdə müzakirə olunub.

212 deputatın iştirakı ilə keçirilən səsvermədə 68 deputat təklifə “hə”, 98 deputat isə “yox” deyib.

46 deputatın bitərəf qaldığı səsvermədə təklif rədd edilib.

Vızrajdane Partiyası parlamentin rədd qərarını Konstitusiya Məhkəməsinə verəcəyini açıqlayıb.