Alman avtomobil nəhəngi BMW velosipedçilər üçün xüsusi olaraq istehsal etdiyi ağıllı eynək "BMW Connected Ride"ni təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, eynək şüşə üzərində naviqasiya və sürət məlumatlarını əks etdirir.

Bu ağıllı eynəklər yuxarı displey (HUD) və sürücünün görmə sahəsində proyeksiya məlumatları ilə təchiz olunub və bu, sürücünün hərəkətini daha təhlükəsiz və daha təsirli edir. O, real vaxt rejimində sürət, naviqasiya məlumatlarını yeniləyir və sürücülərə gözlərini yoldan çəkmədən səyahət etməyə imkan verir.

"ConnectedRide" smart eynəkləri Bluetooth bağlantısı və mobil proqramla işləyir. 

"BMW ConnectedRide"in qiyməti 690 Avro olaraq açıqlanıb.