BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreeva Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, BMT rəsmisi bu barədə tviter hesabında paylaşım edib.

O, Azərbaycan jurnalistlərinə Zərdabi ənənələrinin yaşadılmasında uğurlar arzulayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür. 148 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.