BMT-nin baş katibi Antonio Quterreş Kirman şəhərində qəbiristanlıq yaxınlığında baş verən partlayışları kəskin şəkildə pisləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Quterreşin ofisinin yaydığı bəyanatda deyilir.

"Baş katib İranın Kirman şəhərində anım mərasimi zamanı 100-dən çox insanın ölümü və çoxlu sayda insanın yaralanması ilə nəticələnən bugünkü hücumu qətiyyətlə pisləyir", - bəyanatda qeyd edilib.