Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Afrika qitəsini sülhə çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, Quterreş Efiopiyanın paytaxtı Əddis Əbəbədə keçirilən altıncı Afrika Birliyi-Birləşmiş Millətlər Təşkilatının (AfB-UN) illik konfransından sonra mətbuata açıqlama verib:

"Bu gün biz qurumlarımızın bütün qitədə sülhə nail olmaq üçün necə işlədiyindən danışdıq. Afrika sülhə layiqdir və buna ehtiyacı var".

BMT-nin baş katibi əlavə edib ki, sülh həmişə zəruridir, lakin buna nail olmaq asan deyil.

Məhəbbət Məmmədov