"Ukraynada münaqişə kontekstində tədarük zəncirlərinin pozulması səbəbilə ərzaq qıtlığı yarana bilər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının Qidalanma üzrə Direktor müavini Alison Oman Lavin mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölkədə ərzaq təminatı olmayan insanların sayının artması ehtimalı var: "Ölkədə hər üç ailədən biri, yəni 9 milyon insan ərzaq çatışmazlığı şəraitində yaşayır. Təchizat zəncirlərinin, istehsal və nəqliyyat infrastrukturunun pozulması - bütün bunlar vəziyyətin pisləşməsinə səbəb olur".