ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya silah tədarükünün logistikasını təmin etmək üçün Visbadendə (Almaniya) qərargah strukturunun formalaşdığını təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Blinken jurnalistlərə açıqlamasında deyib. 

"Biz bir alyans olaraq gələcəyə çox ciddi öhdəlik götürürük. Biz Ukraynaya davamlı dəstəyimizi nümayiş etdiririk və Ukraynanın Şimali Atlantika alyansındakı üzvlüyü üçün güclü körpü yaradırıq. Biz Visbadendə NATO komandanlığı yaradırıq, təlimləri koordinasiya edir, hərbi yardım, transfer, təmir, texniki xidmət avadanlıqları ilə dəstək veririk", - Amerika xarici siyasət idarəsinin rəhbəri bildirib.