Yaxın Şərqdəki hadisələr İsrail və Livanın Hizbullah partiyası arasında münaqişəyə doğru gedir, baxmayaraq ki, bunu heç kim, o cümlədən İran istəmir.

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

"Hazırda mövcud olan paradokslardan biri, məncə, münaqişənin potensial tərəflərindən heç birinin müharibənin və ya münaqişənin yayılmasını istəməməsidir. Məncə, İsrail bunu istəmir. Həmçinin Hizbullah da bunu istəmir. Livan bunu qətiyyən istəmir, çünki ən çox əziyyət çəkən tərəf olacaq və mən İranın da bu qarşıdurmanı istəmədiyini düşünmürəm", - o, ABŞ Dövlət Departamentində NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında qeyd edib.