Qlobal kriptovalyuta bazarının dəyəri təqribən 0,95 faiz artaraq 1,2 trilyon dolları ötüb, bitkoinin qiyməti isə 3,38 faiz artaraq 13 ayın ən yüksək səviyyəsinə – 31 500 dollara çatıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, Bitcoin-in qiymətinin artma səbəb BlackRock da daxil olmaqla, sərvət idarəetmə şirkətlərinin ABŞ-də kriptovalyuta fondları yaratmağı planlaşdırmasıdır.

Eyni zamanda, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) keçən həftə BlackRock, Fidelity və digər aktivlərin idarə edilməsi şirkətlərinin spot Bitcoin Exchange Traded Fund (ETF) üçün son müraciətlərinin “aydın və əhatəli olmadığını” bildirib.