Bu gün ticarət sessiyası zamanı bitkoinin qiyməti 42 min dolları ötüb. Bu da ötən ilin aprelin 10-dan bəri ən yüksək səviyyədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Coindesk" platforması məlumat yayıb.

Belə ki, Bakı vaxtı ilə saat 14:52-də bitkoinin dəyəri 6,4% artaraq 42,05 min dollara çatıb. Bitkoinin qiyməti sonuncu dəfə ötən il aprelin 10-da 42 min dolları keçib.

 

Gözəl Həşimova