Ötən gün "Bitcoin" 3,5% bahalaşaraq 30250 dollara qədər yüksəlib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu artımın səbəbi ötən gün FED-in kriptovalyutaların alqı-satqısı, saxlanması, borc verilməsi və ya ödəniş əməliyyatları ilə bağlı məşğul olan maliyyə qurumları üçün yeni audit proqramının işə salınacağını açıqlamasıdır. 

Bu qərar bazar oyunçuları tərəfindən müsbət qarşılanıb. Hesab olunur ki, bundan sonrakı dövrdə "Bitcoin" tənzimləyici idarə etməyə malik olacaq.

Digər tərəfdən, "Fidelity" fond idarə şirkəti "Bitcoin" ilə bağlı təhsil təşəbbüslərini davam etdirir. Şirkət rəsmi saytında dərc etdiyi hesabatda "Lightning Network" və" Layer-2" layihələrindən bəhs edib. Bildirilib ki, bu layihələr "Bitcoin" investisiyalarının artmasına təkan verəcək. 

Gülşən Şərif