Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ)  koronavirusun yeni mutasiya etmiş növünə yoluxma halları qeydə alınıb.

TASS agentliyi xəbər verir ki, bu barədə BƏƏ hökumətinin sözçüsü Ömər Əbdül Rəhman əl-Həmmədi məlumat yayıb.

“Birləşmiş Ərəb Əmirlikləri ərazisində “Britaniya ştammı”na bir neçə yoluxma halı qeydə alınıb. Xəstəlik digər ölkələrdən BƏƏ ərazisinə daxil olan şəxslərdə aşkar edilib”, - deyə Ömər Əbdül Rəhman əl-Həmmədi söyləyib.

Onun sözlərinə görə, hökumət vəziyyəti yaxından izləyir və bütün qabaqlayıcı tədbirləri həyata keçirir