Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Daşkəsən rayonunda bir sıra yollarda hərəkətin təhlükəsizliyini təmin edib.

İqtisadiyyat.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, leysan xarakterli yağışlar nəticəsində Respublika əhəmiyyətli Daşkəsən-Gəncə, yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Quşçu-Çovdar-Çaykənd, Çanaxçı-Alaxançallı və Qaraqollar-Muşavaq avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və qaya parçaları tökülüb, 9 ədəd suötürücü boruya ziyan dəyib. Sözügedən yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.