İqtisadiyyat.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 1 fevral 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi filiallarının sayı 508 ədəd olub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə bank sektorunun fəaliyyətdə olan filiallarının sayı 3 ədəd azalıb.

Cari ilin yanvar ayına bankların şöbələrinin sayı 130 ədəd olub. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 12 ədəd azdır.