"2019-cu ilin sonuna problemli kreditlərin payının Azərbaycan bank sektorunun kredit portfelində 10%-dək azalması gözlənilir".

İqtisadiyyat.Az xəbər verir ki, bunu "Moody's" beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə illik konfransında təşkilatın vitse-prezidentinin köməkçisi Pyotr Paklin deyib.

"Azərbaycan Prezidentinin problemli kreditlərin həlli ilə bağlı sərəncamınadək, hansı ki bizim üçün gözlənilməz oldu, biz problemli kreditlərin payının 2019-cu ilin sonuna 12% -ə qədər azalacağını proqnozlaşdırırdıq. İndi biz bu rəqəmin aşağı səviyyədə olacağını düşünürük - təxminən 10% səviyyəsində", - P. Paklin əlavə edib.