Manatın məzənnəsinin sabit qalması ilə bağlı hazırda Azərbaycanda bütün iqtisadi şərait mövcuddur.

İqtisadiyyat.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın valyuta ehtiyatları və qlobal bazardakı sabitlik imkan verir ki, manatın sabitliyi qorunsun: "Mövcud şərait ilin sonuna qədər manatın məzənnəsinin sabitliyinin təmin olunmasına imkan verir".