Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, banklar artıq manat valyutasında olan problemli kreditlərin restrukturizasiyasına başlayıb.

İqtisadiyyat.Az xəbər verir ki, restrukturizasiya zamanı 17 min manatadək 365 gün gecikməsi olan kredit sahibləri ilə güzəşt nəzərə alınaraq yeni kredit müqaviləsi bağlanacaq. Həmin kreditlərə faiz və cərimə, eləcə də dəbbə pulunun silinməsi, əsas məbləğin isə 5 illik kredit formasında həmin kredit sahibinə yeni kredit kimi təklif edilməsi nəzərdə tutulur. Burada kredit ödənişləri birinci il faizsiz, növbəti dörd ildə isə 1% faiz ilə hesablanacaq.

Bu prosesdə problemli manat kreditlərində zamin olan şəxsləri bir sual maraqlandırır. Bəs həmin şəxslər güzəştli şərtlərlə bağlanılmış yeni müqavilədə də mütləq zamin olmalıdırlarmı?

Sualımızı cavablandıran hüquqşünas-ekspert Əkrəm Həsənov bildirdi ki, heç kəs zamini məcbur edə bilməz ki, o, yenidən dayansın: