Dünyanın aparıcı kriptovalyuta birjalarından biri olan "Binance"in qurucusu Çanqpenq Tsaodanın sərvəti 11,9 milyard dollar azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index"in məlumatında deyilir.

Hazırda onun sərvəti 17,2 milyard dollar qiymətləndirilir. Məlumata görə, son aylar kriptovalyuta birjası ənənəvi maliyyə sistemindən getdikcə daha çox təcrid olunub.

 

Gözəl Həşimova