"Binance" kriptovalyuta birjasının 1000-dən çox əməkdaşını ixtisar etdiyi bildirilir.

İqtisadiyyat.az xəbər verir ki, ABŞ-də federal araşdırmalar və tənzimləyicilərin təzyiqləri ilə mübarizə aparan "Binance", həmçinin işçilərinin 1/3-dən çoxunu itirmək təhlükəsi ilə üzləşib.

Məlumata görə, "Binance"ın sözçüsü ixtisarları təsdiqləyib, lakin neçə nəfərin işdən çıxarıldığını söyləməkdən imtina edib.

İxtisarlardan əvvəl şirkətin dünya üzrə 8000 işçisinin olduğu bildirilirdi.