Biləsuvar rayonunun Xırmandalı kəndində yanğın olub.

FHN-dən İqtisadiyyat.az-a verilən məlumata görə, ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb. 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər yanıq xəsarətləri və tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.