Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" klubunun "Əl-Nəsr"in braziliyalı futbolçusu Anderson Taliskani heyətinə qatmaq istədiyi xəbərləri çıxmaqdadır.

İqtisadiyyat.az xəbər verir ki, braziliyalı futbolçu Taliska çıxan bu xəbərlər haqqında  açıqlama verib.

"Son zamanlarda ortaya çıxan yalan xəbərlərin əksinə, hərhansı bir klubla davam edən bir görüşməm olmadığını bildirmək istəyirəm. "Əl-Nəsr"dən ayrılmaq kimi bir niyyətim yoxdur. Burada çox xoşbəxtəm və müqaviləmi 3 il daha artırdım".