"Beşiktaş" bir müddətdir komandadan ayrılacağı haqda danışılan Romain Saissin 2,5 milyon avroya "Əl Sədd"ə keçdiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, "Beşiktaş" Romain Saisslə bağlı rəsmi açıqlama verib və bir müddətdir komandadan ayrılacağı ilə bağlı iddiaları təsdiqləyib. 

"Beşiktaş"dan verilən açıqlamada "Peşəkar futbolçumuz Romain Saissin 2 milyon 500 min avro zəmanətli və 300 min avro şərti ödəniş qarşılığında "Əl-Sadd"ə transferi üçün razılıq əldə olunub" deyilir.

Romain Saiss DÇ-2022-də dördüncü yeri tutan Mərakeş yığmasının kapitanı olub. 33 yaşlı müdafiəçi turnirdə zədələnsə də, 1/4 finala kimi komandanın yanında olub.