Beşiktaş”da baş məşqçi Rıza Çalımbayla yollar ayrılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qərar komandanın Superliqanın son turunda ötən gecə evdə “Alanyaspor”a uduzmasından (1:3) sonra verilib. İstanbul klubunun əfsanəvi futbolçularından olmuş Çalımbay uğursuz çıxışlara görə istefaya göndərilib.

Qeyd edək ki, “Beşiktaş” hazırda Superliqada 16 turdan sonra 26 xalla 5-ci sıradadır. Çalımbay ötən ay “Beşiktaş”a baş məşqçi təyin edilmişdi