Beşiktaş"ın xeyriyyə məqsədilə "Atletiko" ilə keçirdiyi yoldaşlıq oyunundan əldə edilən gəlirin məbləği məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, bilet satışı və sponsorlardan ümumilikdə 10 milyon TL (879 min manat) vəsait yığılıb.

"Beşiktaş"ın qələbəsiylə başa çatan (2:0) oyunu 29 min azarkeş stadiondan izləyib.