Benjamin Mendi bəraət aldı. Təcavüzə və təcavüzə təşəbbüsə görə ittiham edilən futbolçu artıq azad insandır.

İqtisadiyyat .az xəbər verir ki, ilin əvvəlində Mendi altı təcavüz və bir cinsi zorakılıq ittihamında günhsız bilinmişdi. Digər iki suçlama üçün qərar verə bilməyən məhkəmə nəhayət, qərarını elan etdi və Benjaminin günahsız olmasına qərar verdi.

28 yaşlı Seneqal əsilli fransalı futbola qayıda bilər. Amma onun oynayacağı bir klub yoxdur. “Mançester Siti”nin 2017-ci ilin yayında “Monako”dan 57,5 milyon avroya aldığı sol cinah müdafiəçisi ilə müqaviləsi yarım ay öncə başa çatıb.