Futbol üzrə Portuqaliya Superkubokunun qalibi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, həlledici görüşdə "Benfika" və "Portu" komandaları üz-üzə gəlib. Görüş "Benfika"nın qələbəsiylə başa çatıb - 2:0.

"Benfika" tarixində 27-ci dəfə Superkuboku qazanıb. Komandaya titul qazandıran qolları Anxel Di Mariya və Petar Musa vurub.