"Real" İspaniya La Liqasının IV turunda "Xetafe"ni məğlub edib - 2:1.

İqtisadiyyat.az xəbər verir ki, Madrid təmsilçisinə qələbə qazandıran qolu 90+5-də Cud Bellingem vurub.

İngilis futbolçu bununla da İspaniya çempionatında ardıcıl 4-cü qolunu vurub. Bellingem bu göstəricidə klubun sabiq hücumçusu Kriştiano Ronaldonun göstəricisini təkrarlayıb.

Ronaldo 2009-cu ildə "Real"la ilk 4 oyununda qol vurmağı bacarıb.