Real" Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Yunion"u (Almaniya) məğlub edib.

İqtisadiyyat.az xəbər verir ki, matçda yeganə qolu 90+4-cü dəqiqədə Cud Bellingem vurub. İngilis futbolçu "kral klubu" formasıyla ÇL-də debüt oyununda fərqlənib.

Bellingem "Real"da həm La Liqa, həm də Çempionlar Liqasında debüt görüşündə qol vuran 4-cü futbolçu olub.

Daha əvvəl Kriştiano Ronaldo, İsko və Marko Asensio bunu bacarıb.