Belarusun qızıl-valyuta ehtiyatları may ayında 30,1 milyon dollar və ya 0,36% azalıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, iyunun 1-nə ölkənin qızıl-valyuta ehtiyatları 8,411 milyard dollar təşkil edib.

Hesabat dövründə, Belarusun xarici valyuta aktivləri 97,7 milyon dollar azalaraq 2,973 milyard dollar təşkil edib.

Belarus hakimiyyəti bu ilin sonuna kimi qızıl-valyuta ehtiyatlarının ən azı 6 milyard dollar səviyyəsində olmasını qarşısına məqsəd qoyub.

 

Gözəl Həşimova