Belarus Milli Məclisinin Respublika Şurası ölkənin 2024-cü il büdcəsi haqqında qanun layihəsini təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belarus parlamentinin yuxarı palatasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, senatorlar 1,46 milyard dollarlıq kəsirlə 2024-cü il büdcəsini qəbul ediblər.

Nümayəndələr Palatasının deputatları tərəfindən qəbul edilən və indi ölkə prezidenti tərəfindən imzalanacaq sənəd büdcə gəlirlərini 39,91 milyard Belarus rublu həcmində nəzərdə tutur. Respublika büdcəsinin xərcləri isə 44,66 milyard Belarus rublu həcmində planlaşdırılır.

Layihədə xarici dövlət borcunun limiti 19 milyard dollar məbləğində müəyyən edilib.

 

Gözəl Həşimova