Belarusun Minsk vilayətində “MAZ” markalı yük maşını taksi ilə toqquşub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində biri uşaq olmaqla 11 nəfər ölüb. Belarus Səhiyyə Nazirliyi on nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.