Belarus və Türkiyənin xarici işlər nazirləri Sergey Aleynik və Hakan Fidan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukrayna böhranının həlli perspektivlərini müzakirə ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Regional təhlükəsizlik sahəsində vəziyyət, Ukrayna böhranının həlli perspektivləri, Belarus-Türkiyə siyasi, ticarət-iqtisadi əlaqələri, səfər mübadiləsi, ərzaq təhlükəsizliyi məsələləri müzakirə edilib”, - məlumatda deyilir.

Belarus diplomatik departamenti görüşü məhsuldar adlandırıb.

Bundan əvvəl Minsk və Ankara dəfələrlə Ukrayna böhranının həlli ilə bağlı danışıqlar üçün platformalar təqdim etməyə hazır olduqlarını bəyan ediblər.