Belarus Polşanın üç diplomatını ölkədən çıxarmaq qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yasina məlumat verib.

Onun sözlərinə görə, Polşa sərhəd xidmətinin zabiti fevralın 22-si axşam saatlarında Belarus ərazisini tərk edəcək. Bundan əlavə, Belarusun Qrodnodan iki Polşa konsulunu göndərəcəyi ehtimal edilir.

Yasina bildirib ki, Polşa cavab tədbirləri görəcək.