Belarusla Rusiya arasında hərbi sahədə münasibətlər bərabərhüquqlu və qarşılıqlı faydalıdır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi - Belarus müdafiə nazirinin köməkçisi, polkovnik Valeri Revenko deyib.

"Moskva ilə hərbi sahədə münasibətlər, ilk növbədə, hörmət, qarşılıqlı maraqlara əsaslanır. Bu nöqtədə hərbi sahədə çoxlu sayda tədbirlər keçirilir. Bu tədbirlərə, həmçinin kadr hazırlığına Belarus Respublikası silahlı qüvvələrinin müasir silah və hərbi texnika ilə təchiz edilməsi daxildir", - məlumatda qeyd edilib.

Polkovnik məlumat verib ki, 2023-cü ildə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən həyata keçirilən 623 tədbirdən 300-dən çoxu Rusiya Federasiyası ilə qarşılıqlı fəaliyyət çərçivəsində olub: "Bu, əhəmiyyətli göstəricidir və bu, həqiqətən də bizim strateji tərəfdaş olduğumuzu göstərir".

O, Minskin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakından danışaraq qeyd edib ki, KTMT Belarus üçün Şərqi Avropanın kollektiv təhlükəsizliyinin təminatıdır: "Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında maraqlıdır. Biz KTMT üzrə müttəfiqlərimizə dəstək və yardıma zəmanət veririk. Təşkilatın özü sülh və sabitliyin qorunmasına yönəlib".