Belarus BRİCS qrupuna (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) qoşulmaq niyyəti barədə müraciətini Braziliyaya təhvil verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

"İyulun 6-da Belarusun Braziliyadakı səfiri Sergey Lukaşeviç Braziliya xarici işlər nazirinin Belarusla əməkdaşlığa cavabdeh olan müavini Maria Luisa Escorel de Moraes ilə görüş keçirib. Görüşdə Belarusun BRİCS-ə qoşulmaq niyyətini təsdiq edən müraciət Braziliyaya təqdim edilib”, - deyə məlumatda deyilir.

Belarus nümayəndəsi və Braziliya xarici işlər nazirinin müavini çoxtərəfli diplomatiya çərçivəsində əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə edib və iki ölkənin ticarət-iqtisadi əlaqələri inkişaf etdirməyə hazır olduğunu vurğulayıblar.