"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə instaqram hesabında paylaşımla diqqət çəkib.

İqtisadiyyat.az xəbər verir ki, müdafiəçi Ağdam klubunun komanda fotosunu paylaşaraq bunları yazıb:

“Bu, son deyil. Biz daha güclü qayıdacağıq”.

"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinin “Gent”ə qarşı ilk görüşündə qalib gəlsə də, cavab matçında oyunsonrası penaltilər seriyasında məğlub olaraq avrokuboklarda iştirakını dayandırmışdı.