Nagelsmannın "Bayern Münhen"dən getməsi və Tomas Tuçelin vəzifəyə başlaması ilə artıq növbəti mövsüm üçün planlar qurulmağa başlayıb.

İqtisadiyyat.az  "Sky Sport Almaniya"ya istinadən xəbər verir ki, "Bayern" "Barselona"nın gənc ulduzu Qavini transfer etmək istəyir. "Bayern"nin menecerləri gənc istedadı gələcəyin böyük oyunçuları arasında görürlər. Kataloniya komandası Qavi ilə yeni müqavilə imzalasa da, İspaniya Futbol Federasiyası bu müqaviləni qəbul etməyib, çünki "Barselona" ümumi maaş limitini keçib. 30 iyun 2023-cü il tarixinə qədər bu vəziyyət düzəlməzsə, gənc ulduz, pul ödəmədən mövsümün sonunda başqa komanda tərəfindən transfer oluna bilər.