İsveçrədə 2023-cü ilin ən yaxşı oyunçusu məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, bu, "Bayer"də çıxış edən Qranit Cakadır. 31 yaşlı yarımmüdafiəçi ölkəsində 3-cü dəfə ilin oyunçusu seçilib.

Caka daha əvvəl 2017 və 2022-ci ildə bu ada layiq görülüb.

Yarımmüdafiəçi bu mövsüm "Bayer"lə 24 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb