ABŞ prezidenti Co Bayden yaxın vaxtlarda Ukraynaya 325 milyon dollar məbləğində yeni hərbi yardım paketini elan edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, Kiyev "AIM-9 Sidewinder" idarə olunan raketlər, zenit-raket kompleksləri üçün döyüş sursatı, eləcə də tank əleyhinə silahlar və 3 milyondan çox atıcı silah sursatı alacaq.

 

Gözəl Həşimova