Münaqişə bitmədən Ukraynanın NATO-ya daxil olması Üçüncü Dünya Müharibəsinə start verəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Helsinkidə bildirib.

O, finlandiyalı həmkarı Sauli Niinisto ilə birgə mətbuat konfransında deyib: “Müharibə olan və münaqişəsi davam edən heç bir tərəf NATO-ya daxil ola bilməz. Bu, Üçüncü Dünya Müharibəsinə şərait yaradır”.