"Napoli"də çıxış edən Kim Min Jae üçün son təklif "Bavariya"dan gəlib.

 İqtisadiyyat.az "Bild" nəşrinə istinadən xəbər verir ki,  Almaniya komandası Kimi heyətinə qatmaq istəyir. Xəbərdə bildirilib ki, “Bavariya” Kimin meneceri ilə masa arxasında oturub və danışıqlarda ciddi irəliləyiş əldə edib.

Xatırladaq ki, Kim Min Jaenin "Napoli" ilə müqaviləsində sərbəst qalma maddəsi var. Bununla belə, "Bavariya"nın bu sərbəst qalma bəndində yer alan məbləği ödəməyi problem hesab etmədiyi vurğulanıb.

Digər tərəfdən, "Mançester Yunayted" və "Nyukasl Yunayted"in hələ də uğurlu müdafiəçi üçün masada olduğu qeyd edilib. Kim Min Jaenin adı Fransanın PSJ klubu ilə də çəkilir.

 Ötən mövsüm Napolidə 45 oyun keçirən Kim Min Jae 2 qol vurmağın sevincini yaşayıb.