Futbol dünyasında uşaq yaşlarından futbolla məşğul olub, peşəkar olanlarla yanaşı, başqa peşələrdən bu idman növünə yönələnlər də var.

İqtisadiyyat.az başqa peşələrdən bu sahəyə gələnləri təqdim edir:

Ceymi Vardi

Əvvəlki İşi: Fabrika işçisi 

Peşəkar futbolçu olma tarixi: 2010

"Lester Siti"nin əfsanə futbolçusu Ceymi Vardinin hekayəsi əslində olduqca bilinəndir. Təcrübəli futbolçu "Karbon Fiber Sprint" istehsal edən bir zavodun işçisi olub. 24 yaşına qədər əsas işi fəhləlik idi. 25 yaşında ilk peşəkar müqaviləsini imzaladı. Aşağı liqalardan "Lester Siti"də Premyer Liqa çempionluğuna qədər uzun bir yol qət etdi.

 

Miroslav Kloze

Əvvəlki işi: Dülgər

Peşəkar futbolçu olma tarixi: 1998

"Kayzerslauten"də professional futbola başlayan Kloze Dünya Çempionatları tarixində vurduğu 16 qolla yaddaşlarda qalıb.

 

Julio Kruz 

Əvvəlki işi: Bağban

Peşəkar futbolçu olma tarixi: 1993

Argentina komandalarından biri "Banfild"də bağban olan Julio Kruz istedadları üzə çıxandan sonra Avropanın "Feyenoord", "Bolonya", "İnter" və "Latsio" kimi komandalarının formasını geyinib, 22 dəfə Argentina Millisində çıxış edib.

 

Çarli Austin

Əvvəlki iş yeri: Kərpic ustası

Peşəkar futbolçu olma tarixi: 2009

Çarli Austin, "Ridinq" akademiyasından yolunu tutduğu "Poole Town"da forma geyinərkən, həm də  kərpic ustası işləyirdi. Austin "Suindon Taun" ilə peşəkar futbola addım atdı. Daha sonra "Sauthempton" və "Vest Bromviç" kimi komandalarda forma geyindi.

 

Peter Şmeyxel

Əvvəlki iş yeri: Təmizlikçi, tekstil işçisi

Peşəkar futbolçu olma tarixi: 1987

 “Mançester Yunayted”in əfsanəvi qapıçısı Şmeyxel “Brondbü”yə keçmədən və peşəkar futbolçu olmamışdan əvvəl təmizlikçi və tekstil işçisi kimi çalışıb.