"Barselona" ciddi itki ilə üzləşib.

İqtisadiyyat.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Robert Levandovski sıradan çıxıb.

Çempionlar Liqasının qrup mərhələsinin II turunun "Portu" ilə görüşünün ilk hissəsində zədələnən polşalı forvard oyuna davam edə bilməyib. Levandovskinin son durumu tibbi müayinədən sonra bilinəcək.

"Barselona" "Portu"nu məhz Levandovskinin yerinə oyuna daxil olan Ferran Torresin qolu ilə məğlub edib - 1:0.