İspaniyanın “Barselona” klubu ardıcıl 11-ci dəfə “Qamper Kuboku”nu qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, kataloniyalılar İngiltərə təmsilçisi “Tottenhem”i 4:2 hesabı ilə məğlub ediblər. Barselonadakı “Olimpiko” stadionunda baş tutan qarşılaşmada meydan sahiblərinin heyətində Robert Levandovski (3-cü dəqiqə), Ferran Torres (81), Ansu Fati (90) və Abde Ezzalzoli (90+3) fərqləniblər. Olivye Skippin dublu (24, 36) londonlulara kömək olmayıb. 

“Barselona” “Qamper Kuboku”nda sonuncu dəfə 2012-ci ildə İtaliya klubu “Sampdoriya” ilə görüşdə məğlub olub. Ümumilikdə 58-ci dəfə təşkil olunan yarışın 46-da “Barselona” kuboku muzeyinə aparıb.